İran ABŞ-ın danışıqlar masasına oturmaq təkidinə şərt qoyub. İran ABŞ-ın danışıqlar masasına oturmaq təkidinə şərt qoyub.

İran ABŞ-ın qarşısında şərt qoydu

İran ABŞ-ın danışıqlar masasına oturmaq təkidinə şərt qoyub.

Modern.az xəbər verir ki, İran ABŞ-la danışıqların davam etdirilməsi üçün onun yenidən razılaşmaya geri qayıtmalı olduğunu bildirib.

Bu barədə İran prezidenti Həsən Ruhaninin mətbuat katibi Həmid Əbuturabi Twitter sosial şəbəkəsində yazıb.

“İran millətinə qarşı düşmənçiliyin azaldılması, hörmət və ABŞ-ın nüvə razılaşmasına qayıtması danışıqlar zəmini meydana gətirəcək” – Əbuturabi qeyd edib.

Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp İtalya baş naziri Cüzeppe Kont Ağ Evdə mətbuat konfransı keçirib.

“Əgər İran istəyərsə görüş, mütləq olacaq. Digər insanlarla danışmaqda bir problem yoxdur. Xüsusilə də bu adamlarla müharibə və ölümlərin ola biləcəyi ehtimalı varsa görüş mütləq olar. Bunda heç bir problem yoxdur. Şimali Koreya lideri ilə də görüşmüşəm” – Tramp jurnalistlərə bildirib.

ABŞ prezidenti bu sətiraltı görüş olmayacağı təqdirdə müharibə olacağı sözlərinin ardından Ruhani ilə görüşə heç bir ilkin şərt olmadığını da qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin mayın 8-də sələfi tərəfindən İranla imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan edib. Bununla da müqavilədə nəzərdə tutulmuş sanksiyaların mərhələli aradan qaldırılmasının dayandırıldığını bildirib. ABŞ həmçinin İrana yeni Sanksiyalar tətbiq edəcəyini də qeyd edib. Razılaşmaının digər 5 üzvü (Britaniya, Rusiya, Fransa, Almaniya və Çin) isə müqaviləyə sadiq qalacaqlarını və sanksiyalar zamanı İrana lazımi yardımları göstərəcəkləri barədə bəyanat veriblər.

AzNews.az