Ermənistan xarici işlər naziri Tiqran Balayan Türkiyənin Ermənistanla münasibətlərini qeyd-şərtsiz normallaşdırmağa hazır olmadığını bildirib. Ermənistan xarici işlər naziri Tiqran Balayan Türkiyənin Ermənistanla münasibətlərini qeyd-şərtsiz normallaşdırmağa hazır olmadığını bildirib.

Ərdoğanın Bakı səfəri Balayanı hiddətləndirib

Ermənistan xarici işlər naziri Tiqran Balayan Türkiyənin Ermənistanla münasibətlərini qeyd-şərtsiz normallaşdırmağa hazır olmadığını bildirib.

Aznews.az “sputniknews”a istinadən xəbər verir ki, Türkiyə ilə münasibətlərin normallaşdırma məsələsinin erməni hökumətinin proqramına daxil edildiyini qeyd etmiş nazir Türkiyədən bu haqda bir təşəbbüs olduğu zaman qiymətləndiriləcəyini vurğulayıb. Lakin Balayan hazırda tərs bir vəziyyətin yaşandığını açıqlayıb. “Türkiyə prezidenti və xarici işlər naziri Bakıya gedir və orada bizə qarşı açıqlamalar verirlər” – deyə, bildirmiş T.Balayan Türkiyənin Ermənistanla münasibətlərini nizamlamağın indiki vəziyyətdə real olmadığını deyib.

Qeyd edək ki, keçən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə heç bir şərt olmadan diplomatik əlaqələr qura biləcəklərini açıqlayıb.

Nurlan Ağa