Türkiyənin iki məşhur nazirindən çiyin jesti

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Berat Albayrakın YAŞ (Yüksek Askeri Şura) nümayəndələrinin Anıtkabir ziyarəti vaxtı çiyin-çiyinə toqquşması sosial mediada müzakirə mövzusu olmuşdu. Eyni vəziyyət Baştəpədə də yaşanıb.

Aznews.az “Sözcü”yə istinadən bildirir ki, bu dəfə Albayrak Soylu ilə əvvəlcə, görüşüb, sonra bir-birinə çiyin atıblar. Bundan sonra isə nazirlər gülüşüblər.

Hər iki nazir bu hərəkəti ilə xalqa “aramızda problem yoxdur” mesajı ötürmək məqsədi güdübər.

Nurlan AĞA
Aznews.az