- Köhnə - Dünya
- 4 Avqust 2018 11:48
- 3 666
Türkiyədə polis maşını minaya düşdü - Şəhid var
Türkiyənin Hakkari əyalətinin Yüksekova rayonunda zirehli polis avtomobili minaya düşüb, bir polis əməkdaşı şəhid olub, 8 polis yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı təhlükəsizlik qurumları yayıb.
Partlayış polis avtomobilinin keçəcəyi yola terrorçu PKK qruplaşmasının yerləşdirdiyi uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində baş verib.
Bölgədə antiterror əməliyyatı davam edir.
AzNews.az