Türkiyənin Ordu vilayətinin Ünyə bölgəsində güclü yağış nəticəsində Cevizdere çayında daşqın əmələ gəlib. Bölgənin şərqində yerləşən çay üzərindəki körpü suyun gücünə müqavimət göstərə bilməyərək dağılıb. Türkiyənin Ordu vilayətinin Ünyə bölgəsində güclü yağış nəticəsində Cevizdere çayında daşqın əmələ gəlib. Bölgənin şərqində yerləşən çay üzərindəki körpü suyun gücünə müqavimət göstərə bilməyərək dağılıb.

Türkiyədə daşqın: 4 yaralı, 165 zərərçəkən

Türkiyənin Ordu vilayətinin Ünyə bölgəsində güclü yağış nəticəsində Cevizdere çayında daşqın əmələ gəlib. Bölgənin şərqində yerləşən çay üzərindəki körpü suyun gücünə müqavimət göstərə bilməyərək dağılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən yazır ki, daşqın səbəbilə bir çox insan evlərində və iş yerlərində köməksiz vəziyyətdə qalıblar. Ünyə bələdiyyəsi vətəndaşların xilas olunması ilə bağlı işləyir. Bununla yanaşı, əraziyə sahil təhlükəsizlik helikopteri də göndərilib. Ordu-Samsun yolu üzərindəki körpülər də hər iki tərəfdən bağlanılıb.

Ünyə bələdiyyə sədri Əhməd Çamyar 4-cü körpünün yıxılmış vəziyyətdə olduğu, dörd nəfərin xəsarət aldığı, 165 nəfərlə birlikdə tekstil fabrikində xilas olunmağı gözlədiklərini bildirib.

Fatsa bələdiyyə sədri də dağıntıların olduğu ilə bağlı açıqlama verib.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsində də 30 ton fındığa ziyan dəyib.

Nurlan AĞA
AzNews.az