- Köhnə - Dünya
- 10 Avqust 2018 21:12
- 1 825
Avropaya gələn miqrant və qaçqın sayı 60 mini ötüb

Bu il Avropaya 60 mindən çox miqrant və qaçqın gəlib.
AzNews.az TASS-a istinadən xəbər verir ki, 2018-ci ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrant və qaçqınların sayı 60 min nəfəri ötüb, 1524 nəfər isə həlak olub və ya itkin düşüb.
bunu avqustun 10-da Miqrasiya üzrə Beynəlxalq Təşkilatından bildiriblər. Təşkilatın nümayəndəsi Coel Millman Cenevrədə təşkil olunan brifinqdə çıxış edərkən deyib.
Qeyd edək ki, ötən ilin analoji dövrü ərzində Aralıq dənizi vasitəsi ilə Avropaya 117 mindən artıq, 2016-cı ildə isə 263 mindən çox miqrant və qaçqın gəlmişdi.