ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Fransa ilə münasibətləri barədə açıqlama verib. O, "Twitter" hesabında hər üç ölkə ilə bağlı mesaj duyurub. ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Fransa ilə münasibətləri barədə açıqlama verib. O, "Twitter" hesabında hər üç ölkə ilə bağlı mesaj duyurub.

Tramp axşam yeməyini gözləyir - Üç ölkəyə mesaj

ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Fransa ilə münasibətləri barədə açıqlama verib. O, "Twitter" hesabında hər üç ölkə ilə bağlı mesaj duyurub.

AzNews.az xəbər verir ki, Meksika ilə münasibətlərin yaxşıya doğru getdiyini bildirmiş Tramp ölkənin yeni prezidentinin əsl alicənab olduğunu yazıb. Lakin, o, qeyd edib ki, avtomobil sənayesindəki işçilər və fermerlərin qayğısına qalınmalıdır, yoxsa razılaşma əldə olunmayacaq.

Prezident Kanada ilə bağlı hələ gözləmə vəziyyətində olduğunu, bu ölkənin gömrük tarifləri və ticarət maneələrinin çoxluğunu ifadə edib.

Trampın ən müsbətyönlü münasibəti Fransa ilə bağlı olub. Fransa prezidenti Emmanuel Makronla çox yaxşı telefon söhbətinin olduğunu qeyd etmiş Tramp təhlükəsizlik və ticarət münasibətləri başda olmaqla müxtəlif mövzular haqqında danışdıqlarını qeyd edib.

O, həmçinin bir sıra məsələlərin müzakirə olunacağını bildrirərək səbirsizliklə “Apple” firmasının CEO-su Tim Kukla axşam yeməyini gözlədiyini yazıb. Tramp Kukun hazırda ABŞ-da böyük dollar investisiyası ilə məşğul olduğunu qeyd edib.

Nurlan AĞA
AzNews.az