Sidneydə məşhur reperi öldürdülər - Samuray qılıncı ilə (Fotolar)

Bu gün 30 yaşlı reper Cett Makki Sidneydə öldürülüb.

AzNews.az xəbər verir ki, "Scepaz" ləqəbli reper Sidneyin Forest Loc qəsəbəsində küçənin ortasında ölü halda tapılıb.

Şahidlərin dediyinə görə, qətl onun naməlum kişi və qadın cütlüyü ilə mübahisəsindən sonra baş verib.

Onların Cett Makkini samuray qılıncı ilə öldürdüyü bildirilir.

Two men stand near a body, covered in a sheet on the road.

Qeyd edək ki, "Scepaz" Sidneydə çox məşhur idi. Onun ölüm xəbəri yayılandan sonra, bir sıra yerli reperlər ona rekviem həsr ediblər.

Onun yaxın dostu olan Hau Latukefu bu öz sosial şəbəkə hesabında bu xəbərə görə çox məyus olduğunu bildirib.

Məşhur hip-hop musiqiçisi və radio aparıcısı olan Latukefu deyib:

"Cett kimi yaxın bir dostumu bu yaşda itirmək məni həqiqətən sarsıdıb. Onun ailəsinə, çevrəsinə və sevənlərinə güclü olmağı və səbr arzu edirəm".

Murad Abdulla
AzNews.az