Güclü zəlzələ ABŞ-ı silkələdi

ABŞ-da 6,6 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Aleut adaları yaxınlığında 6,6 bal gücündə təkanlar qeydə alınıb.

Seysmoloqların verdiyi məlumata əsasən, yeraltı təkanların episentri Tanaqa vulkanından cənubda, ocağı isə 31,6 km dərinlikdə yerəşib.

Tələfat və ya dağıntılar barədə hələlik məlumat yoxdur.

AzNews.az