- Köhnə - Dünya
- 17 Avqust 2018 11:26
- 1 477
Kim Çen In ABŞ-dan narazı qalıb

Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı tətbiq edilmiş yeni sanksiyaları tənqid edib.
Modern.az RT agentliyinə istinadən xəbər verir ki, Kim Çen In avqustun 15-də tətbiq edilən beynəlxalq sanksiyaları “soyğunçuluq” adlandırıb.
“Vonsan turistik rayonunda tikilişi gedən nəhəng kurort zonası, xalqımızı soyğunçu kompaniyalarla boğmağa çalışan düşmən güclərə qarşı mübarizəmizin nümayişidir” – Şimali Koreya lideri bildirib.
O, həmçinin bu rayonun tikilişinin bitməsindən sonra bütün dünyanın “partiya, xalq və ordunun birlik və həmrəyliyini görəcəyini” söyləyib.
Qeyd edək ki, ABŞ avqustun 15-də Şimali Koreyaya qarşı sanksiyalar yenidən sərtləşdirib.
AzNews.az