Səfir öz postundan getməzdən əvvəl açıqlama verdi

"Azərbaycanla Böyük Britaniya arasında bir çox sahələrdə yaxşı münasibətlər qurulub".

Bu açıqlamanı apa-ya Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman verib. Səfir qeyd edib ki, ölkəsi ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün daha aktiv iş görməkdə maraqlıdır: "İlin sonuna kimi iki ölkə arasında yüksək səviyyədə bir neçə səfər həyata keçiriləcək. Bu səfərlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək". Səfir əlavə edib ki, onu bu postda əvəzləyəcək şəxs artıq müəyyənləşib, lakin onun namizədliyi hələlik Böyük Britaniya kraliçası tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, səfir Piter Beytman öz postunu ailə məsələləri ilə əlaqədar vaxtından əvvəl tərk edəcək.

AzNews.az