- Köhnə - Dünya
- 21 Avqust 2018 15:14
- 11 888
Ruhani qırıcıya mindi, Türkiyəyə səsləndi
İran prezidenti Həsən Ruhani Türkiyə ilə müdafiə sənayesi sahəsində ortaqlıq əldə edə biləcəyini və birlikdə döyüş təyyarəsi istehsal edəcəklərini bildirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani bunu “Kövsər” döyüş təyyarəsinin Tehranda keçirilmiş təqdimatında açıqlayıb. O, qeyd edib ki, müdafiə sənayesi sahəsində maliyyə dəyəri yüksək olmayan, lakin keyfiyyətli silahlar istehsal etmək istəyirlər.
İran prezidenti Türkiyə və Pakistanla ortaqlıq çərçivəsində döyüş təyyarəsi istehsal edə biləcəklərini, yeri gələrsə, daha artığını bacaracaqlarını vurğulayıb.
O, ABŞ-ın Türkiyəyə sanksiyalarını tənqid edərək İranın qonşu dövlətlərlə daha sıx əlaqələr saxlamaq istədiyini dilə gətirib.
Nurlan AĞA
AzNews.az