Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirilib. Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq ehtimalı barədə mətbuata açıqlamasında bildirib ki, yeni geosiyasi şərtlər altında Azərbaycanın KTMT-da iştirakını nəzərdən keçirmək olar. Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirilib. Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq ehtimalı barədə mətbuata açıqlamasında bildirib ki, yeni geosiyasi şərtlər altında Azərbaycanın KTMT-da iştirakını nəzərdən keçirmək olar.

Ermənistanı hər havaya oynadan nədir?

Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirilib. Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq ehtimalı barədə mətbuata açıqlamasında bildirib ki, yeni geosiyasi şərtlər altında Azərbaycanın KTMT-da iştirakını nəzərdən keçirmək olar.

Azərbaycanın KTMT-ə üzvlüyü ehtimalı erməni cəmiyyətində əməlli-başlı ajiotaj doğurub. Ermənistan mətbuatında bununla bağlı dərin narahatlıq ifadə edən materiallar yer almaqdadır. Azərbaycanda səsləndirilən hər bir fikrə, atılan hər addıma təşviş içində reaksiya verən erməni mətbuatı bu dəfə də “ənənəsinə” sadiq qalıb. Aqressivliyi və Azərbaycana olan daşnaksayağı nifrəti ilə xüsusilə seçilən Tevos Arşakyanın “armenianreport.com” saytında yer alan növbəti yazısında müəllif respublikamızın KTMT-ə üzvlüyü ehtimalından elə qəzəblənib ki, yenə “yeddi arxın suyunu bir yerə qatıb”. Antirusiya mövqeyi ilə seçilən saxta qərbpərəst jurnalist öz xalqına məxsus “dönüklük” psixologiyasını açıqca nümayiş etdirməkdən çəkinməyib: “Ermənistanın NATO-ya doğru irəliləməyə başlaması lazımdır, çünki nə Rusiya, nə də KTMT bizim təhlükəsizliyimizin qarantı deyil. Kreml artıq Cənubi Qafqazda müttəfiqi hesab etmədiyi Ermənistana qarşı ikitərəfli imperial siyasət yürütməyə davam edir. Son günlərdə Rusiyanın şıltaq qız kimi Azərbaycanın KTMT-ə üzv olması üçün flirt oyunlarının şahidi oluruq. Heç kimə sirr deyil ki, Moskva uzun illərdir KTMT-nin sıralarını genişləndirmək üçün ilk növbədə Azərbaycana ümid bəsləyir”.

Müəllif meqalomanik təfəkkürlə nədənsə belə fikirdəymiş ki, KTMT coğrafiyasını genişləndirərkən Ermənistandan icazə almalıdır. Ancaq T. Arşakyan özü də başa düşür ki, Ermənistanın rəyi KTMT üzvləri, xüsusilə də Rusiya üçün qətiyyən əhəmiyyətli deyil. Bu hissin yaratdığı əziklik psixologiyası ilə də müəllif aqressiyasını cilovlaya bilmir. Onu da qeyd edək ki, sözügedən müəllif demək olar, hər yazısında Azərbaycanın şanlı aprel qələbəsini xatırlayıb “qanayan yarasını” xatırlayır: “Kreml rəsmi Yerevanın mövqeyini görməzlikdən gələ bilməz. Digər tərəfdən, əgər Rusiya bizim maraqlarımızla hesablaşmırsa, hansı əsasla biz Rusiyanın regionda və ölkəmizdəki maraqları ilə hesablaşmalıyıq? Bundan başqa, KTMT yalnız formal olaraq Ermənistanı türklərin və azərbaycanlıların aqressiyasından qoruyur. 2016-cı ilin aprelində gördüklərimizdən sonra da KTMT-da Azərbaycanı da öz sıralarına almaq istəyirlər?”

Burada müəllifə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın uzun illərdir apardığı informasiya mübarizəsi və işğalçı Ermənistana qarşı yürütdüyü təcrid siyasəti artıq bəhrəsini verməyə başlayıb: indi nəinki KTMT üzvləri, artıq bütün dünya bilir ki, Azərbaycan işğal altında olan ərazilərinin azad edilməsi üçün istənilən vaxt güclü ordusu ilə hərəkətə keçməyə və böyük nailiyyətlər qazanmağa hazırdır. Aprel döyüşləri də bunun sübutu idi. İndi beynəlxalq ictimaiyyət Azərbaycanın haqq işində ona yaxından dəstək verir. Erməni psixologiyasına xas olan -xalqını qurban kimi qələmə verib, türkləri və azərbaycanlıları aqressiv millət kimi tanıtmaq şüvənbazlığı da artıq işə keçmir. Özünü suveren dövlət hesab edən, əslində isə heç vaxt forpost mövqeyindən qurtula bilməyən Ermənistan öz təhlükəsizliyi üçün indiyədək Rusiyanı və KTMT-ni qarant bilirdisə, Azərbaycan isə müstəqilliyini əldə etdikdən sonra öz təhlükəsizliyi ilə özü məşğul olur, Ermənistan kimi hansısa ölkənin, ya da hər hansı təşkilatın gücünə bel bağlamır.

Müəllif Azərbaycanın KTMT-ə üzvlük ehtimalında belə Ermənistana təzyiq nüansları görə biləcək qədər hallüsinasiyaya qapılır: “Məxməri inqilab”dan sonra, Ermənistanda hakimiyyətə Rusiyanı böyük qardaş yox, bərabərhüquqlu tərəfdaş hesab edən və çoxvektorlu xarici siyasət yürütmək istəyən yeni qüvvələr gələndə, Moskvada düşündülər ki, artıq Azərbaycanın KTMT-ə üzvlüyü məsələsinin mümkünlüyünü gündəmə gətirmək lazımdır.

Moskva indi bir güllə ilə eyni vaxtda bir neçə dovşan vurmaq istəyir. Əvvəla, qürurlu və üsyankar Yerevana təzyiq göstərir. İkincisi, KTMT-nin sıralarını Azərbaycanın hesabına genişləndirmək istəyir. Üçüncüsü, xarici və daxili təbliğatda daha bir xal qazanır.

Yəni, Putin bir tərəfdən öz cəmiyyətinə göstərir ki, Rusiya postsovet respublikaları üçün hələ də cazibə mərkəzi olmaqda davam edir və bununla da ünvanına yönələn tənqidləri azaltmış olur. Digər tərəfdən, beynəlxalq ictimaiyyətə belə bir vəziyyətdə də Rusiyanın super güc olduğunu nümayiş etdirir.

Kimsə mənə etiraz edə bilər ki, Rusiya Ermənistanın razılığını almadan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına necə daşıya bilər? Cavab belədir: KTMT-də heç kim bizim rəyimizi soruşmayacaq. Moskva, Minsk, Astana və Bişkek rəsmi Bakıya çoxdan rəğbət bəsləyirlər və onu öz sıralarında görmək istəyirlər. Ermənistanın mövqeyi isə heç kimin vecinə də deyil”.

Azərbaycanın bu təşkilatın üzvü olacağı təqdirdə isə... Müəllif yazır: “Bu halda Ermənistan neyləməlidir? Yalnız bir şey- Birincisi, erməni cəmiyyətinin uzun müddətdir tələb etdiyi kimi, KTMT-ə üzvlüyün dayandırılması məsələsini təşviq etmək və NATO-ya qarşı irəliləməyə başlamaq. Biz yaxşı başa düşürük ki, nə Rusiya, nə də KTMT bizim təhlükəsizliyimizin təminatçısı deyil. Üstəlik, arxamızda iş çevirirlər-Arsax məsələsini həll edirlər. Deməli, onda Rusiyanın qəzəbindən qorxduğumuz üçün eyni vaxtda iki stula oturmaq cəhdimizdən əl çəkib Qərbin bizə uzatdığı kömək əlindən yapışmaq vaxtıdır. Bunu nə qədər tez etsək, NATO-ya üzvlük üçün müraciəti nə qədər tezləşdirsək, hər iki erməni dövləti üçün bir o qədər yaxşı olar”.

Bu məqamda hər yazısında aprel döyüşlərini xatırlatmadan keçinə bilməyən, “iki erməni dövləti” kimi xəstə bir xülya ilə beyni zəhərlənmiş daşnakruhlu müəllifə həm beynəlxalq ictimaiyyətin artıq Ermənistanı işğalçı dövlət kimi tanıdığını, həm də Azərbaycan Prezidenti İlham Əliyevin məşhur sitatını xatırlatmaq yerinə düşərdi: “Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir”.

Sevinc Abdullayeva, “İki sahil”