- Qərb
- 14:40
- 1 923
Almaniya 900 milyon avroluq kamikadze dronları alacaq
Almaniya NATO-nun şərq qanadını Rusiya təhlükəsindən qorumaq məqsədilə təxminən 900 milyon avro dəyərində kamikadze dronları alacaq.
Bu barədə “Financial Times” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, müqavilə çərçivəsində təchizatçılar Almaniyanın ən böyük silah istehsalçısı Rheinmetall, eləcə də Helsing və Stark kimi müdafiə şirkətləri olacaq.
Həmin şirkətlərin istehsal edəcəyi 12 min dron NATO-nun şərq sərhədlərində yerləşdiriləcək.
Dronların əsas məqsədi Rusiyanın mümkün təhdidlərinə qarşı müdafiəni gücləndirməkdir.
AzNews.az