- Köhnə - Dünya
- 29 Mart 2013 09:02
- 1 825
Şimali Koreya müharibəyə başlayır?
Kim Çen In ordunun hərbi rəhbərliyi ilə operativ hərbi müşavirə keçirərək düşmənin hərbi bazalarının "bir anda külə çevrilməsi"nin vacibliyindən danışıb.
Bütün gecə ərzində Şimali Koreyanın orta və uzaq mənzilli raket hərbi hissələrində aktivlik hiss olunub. "Onların real zərbə endirəcəkləri ehtimal ediləndir"- deyə Cənubi Koreya agentliyi "Renxap" məlumat verib.
Qeyd edək ki, Şimali Koreyanın hərbi növbəsində hazırda 1000-ə yaxın ballistik raket var. Onlardan 700-ü SSRİ istehsalı olan "Skab"lardır. Bu raketlər Cənubi Koreya ərazisindəki istənilən nöqtəni və Yaponiyadakı hədəfləri vurmaq iqtidarındadır.
AzNews.az