ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç vaxt Suriya prezidenti Bəşşar Əsədin öldürülməsi imkanlarını müzakirə etməyib. ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç vaxt Suriya prezidenti Bəşşar Əsədin öldürülməsi imkanlarını müzakirə etməyib.

“Əsədin öldürülməsi heç vaxt müzakirə edilməyib” - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç vaxt Suriya prezidenti Bəşşar Əsədin öldürülməsi imkanlarını müzakirə etməyib.

AzNews.az "Report" istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" Trampın jurnalistlə söhbətinin stenoqramına istinadən məlumat yayıb.

"(Əsədin öldürülməsi-red) Heç vaxt müzakirə edilməyib", - deyə Tramp jurnalistin növbəti sualını cavablandırarkən deyib.

Prezident əlavə edib ki, jurnalist Robert Vudvordun "Qorxu. Tramp Ağ Evdə" adlı kitabı tamamilə uydurmadır.

Daha əvvəl KİV Vudvordun kitabından çıxarışa istinadən xəbər verib ki, Tramp 2017-ci ilin aprelində Ceyms Mettisə Bəşşar Əsədi öldürməyi təklif edib.

AzNews.az