- Köhnə - Dünya
- 6 Sentyabr 2018 07:10
- 5 487
Zəlzələdən sonra 19 nəfərdən xəbər yoxdur
Yaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 110 nəfər xəsarət alıb, 19 nəfər insan itkin düşmüş sayılır.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Atsuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 19 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.
Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.
Xatırladaq ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.
AzNews.az