- Köhnə - Dünya
- 6 Sentyabr 2018 08:21
- 4 882
Dolu məscidin minarəsini bu günə saldı
Türkiyənin Balıkesir vilayətinin Kepsut şəhərinə yağan güclü dolu əhaliyə xeyli ziyan vurub.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, nadir təbiət hadisəsi nəticəsində Çinaraltı məscidinin minarəsi dağılıb.
Bundan əlavə, dolu yaşı əsrlərlə ölçülən ağacların budaqlarını qırıb, tarlada hələ də yığılmayan məhsulu yararsız hala salıb.
İnsanlar arasında xəsarət alanların olmadığı deyilir.
Bələdiyyə dolu səbəbindən dəyən zərərin miqdarını hesablayır.
AzNews.az