- Köhnə - Dünya
- 6 Sentyabr 2018 09:09
- 5 528
Koreya liderləri yenidən görüşəcəklər
Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In sentyabrın 18-20-də Pxenyanda görüşəcəklər.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin xüsusi nümayəndəsi Çunq Euy-yonq Şimali Koreyaya səfərinin yekunları ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, bu, iki ölkə lideri arasında cari ildə baş tutan üçüncü görüş olacaq.
AzNews.az