- Köhnə - Dünya
- 6 Sentyabr 2018 10:25
- 4 983
“Rusiya ilə münasibətlərdə etimadsızlıq mövcuddur” - Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi
“Ermənistanın xarici siyasət kursunda dəyişiklik olmasa da, Ermənistan-Rusiya münasibətlərində etimadsızlıq mövcuddur”.
Bunu ölkə Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Noyev Kovçeq” qəzetinə müsahibəsində bildirib.
“Ermənistanın xarici siyasət kursunun dəyişməsi ilə bağlı bir dənə də olsun real arqument yoxdur. Xarici siyasət kursu həmişəki kimidir. Rusiya ilə çox yaxşı münasibətimiz var. Etimadsızlıq məsələsi isə zamanla həll ediləcək”, - deyə o vurğulayıb.
O, Ermənistanla Rusiya arasında münasibətlərin strateji xarakter daşıdığını da qeyd edib.
Xatırladaq ki, sentyabrın 5-də Ermənistan KİV-i Armen Qriqoryanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat yayılmışdı. (report)
AzNews.az