- Köhnə - Dünya
- 10 Sentyabr 2018 12:11
- 3 749
Qatarların bu stansiyada dayanması qadağandır: polis şübhəli maşını araşdırır
![](https://www.aznews.az/storage/2018/09/10/startfort.jpg)
İngiltərənin paytaxtı Londonda yerləşən Stratford dəmir yolu stansiyası bir müddətlik bağlanıb.
AzNews.az dünyanın aparıcı “Reuters” informasiya agentliyinə istinadla yazır ki, son dəqiqəyə olan məlumata görə, Stratford stansiyasına girişlərin dayandırılmasının səbəbi bura yaxın olan bir ticarət mərkəzində üzərində araşdırma aparılan şübhəli nəqliyyat vasitəsi olub.
İngiltərə nəqliyyat polisi qatarların Stratford stansiyasında dayanmasını qadağan edib.
Stansiya araşdırma işləri yekunlaşana qədər bağlı qalıb.
Nurlan AĞA
AzNews.az