Partlayışda 28 nəfər öldü

Çinin şimal-şərq hissəsində kömür şaxtasında partlayış 28 nəfərin həyatına son qoyub.

Qəza Girin əyalətinin "Babao" şaxtasında baş verib. Xilasedicilər 13 şaxtaçını xilas edə biliblər. Hadisə zamanı mədəndə neçə şaxtaçının olduğu barədə məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

AzNews.az