Dəhşətli terrordan 17 il ötür

ABŞ-da törədilən dəhşətli terror aktından 17 il ötür.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, 2001-ci ilin sentyabrın 11-də "Əl-Qaidə" terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədib.

Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsinin ələ keçirən "Əl-Qaidə" terror təşkilatının üzvləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum ediblər. Onlar sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpıblar. Saat 09:03 radələrində isə terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə Cənub qülləsinə hücum ediblər.

Hər iki qüllə təyyarə hücumuna qarşı davamlı və güclü tikilsə də, qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdılıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da üçüncü təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hücumun ən yaxın fiziki hədəfləri Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə olub. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verib. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başlayıblar. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalanıb və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrilib. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

AzNews.az