ABŞ-dan İrana: Qiyamət qopacaq

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İranla bağlı sərt açıqlama verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bolton rəsmi Tehranın ABŞ, onun vətəndaşları və ya müttəfiqlərinə zərər verəcəyi halda, həqiqətən, qiyamətin qopacağını deyib.

O, “Bu gün açıq şəkildə bildirirəm ki, sizi izləyirik”, - deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının dünən keçirilən 73-cü sessiya iclası zamanı ABŞ prezidenti Donald Tramp da İranı terrorun ən qabaqcıl sponsoru olaraq təsvir etmişdi.

Nurlan AĞA
AzNews.az