- Köhnə - Dünya
- 28 Sentyabr 2018 11:26
- 6 578
“Skripal qalmaqalı”nda yenilik – Daha bir nəfər...
Rusiyalı keçmiş agent Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsində təqsirləndirilən iki nəfərdən başqa, daha bir nəfərin də iştirakı barədə məlumat yayılıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Britaniyanın “The Daily Telegraph” qəzetindən Hayley Diksonun özəl xəbərində yazılıb.
Rus kəşfiyyatı nümayəndəsinin digər şübhəlilər olan Ruslan Boşirov və Aleksandr Petrova kömək etdiyi, “Noviçok” adlı sinir sisteminə dağıdıcı təsir göstərən qazın İngiltərəyə gətirilməsində rol aldığı bildirilir.
Qeyd edək ki, Rusiyanın keçmiş casusu olmuş Sergey Skripal və qızı Yuliya Skripal bir müddət əvvəl İngiltərədə sinir sisteminə dağıdıcı təsir göstərən qaz vasitəsilə zəhərləniblər. Vaxtında göstərilən tibbi yardım sayəsində ölməyiblər. Hadisə ilə bağlı şübhəli bilinnən Aleksandr Petrov və Ruslan Boşirov həbs edilməyiblər.
Nurlan AĞA
AzNews.az