- Köhnə - Dünya
- 28 Sentyabr 2018 16:52
- 6 444
Ərdoğanla Merkel birgə mətbuat konfransında
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel birgə mətbuat konfransı keçiriblər.
AzNews.az Türkiyə mediasına istinadən bildirir ki, R.T.Ərdoğan Almaniya ilə əlaqələrin daha da möhkəmləndirilməsi barədə danışıb.
Suriya problemini dilə gətirən Ərdoğan Almaniyanı da terrorla mübarizədə effektiv addımlar atmağa çağırıb.
Merkel bildirib ki, Almaniyada ayrı-seçkiliyə məruz qalmadan hər kəsin yaxşı şəraitdə yaşaması üçün çalışırlar. O, məscidlərə olan hücumları pisləyib, bunun yolverilməz olduğunu deyib.
A.Merkel Türkiyə prezidenti ilə sabah da bir görüş keçirəcəyi və müxtəlif mövzuları müzakirə edəcəyini açıqlayıb.
Merkel konfransda İdlib məsələsi ilə bağlı oktyabr ayında Rusiya, Fransa, Almaniya və Türkiyənin iştirakında dördtərəfli görüşün keçiriləcəyi üçün də çalışdıqlarını qeyd edib.
Dövlət başçıları terrorçuların geri qaytarılması ilə də bağlı danışıblar.
Almaniya kansleri FETÖ-nün PKK ilə eyni səviyyədə qəbul olunması üçün daha çox sübuta ehtiyac olduğunu bildirdiyi halda, Türkiyə prezidenti bir çox PKK və FETÖ üzvünün Almaniyada olduğunu ifadə edib.
Ərdoğan vurğulayıb ki, təqsirkarların qarşılıqlı şəkildə qaytarılması ölkələrin sabitliyi, xoşbəxtliyi və təhlükəsizliyi üçün önəmli rol oynayır.
Nurlan AĞA
AzNews.az