- Köhnə - Dünya
- 28 Sentyabr 2018 22:02
- 4 588
Yaponiya Aya araşdırma aparatı göndərir
![](https://www.aznews.az/storage/2018/09/28/ay-yapon.jpg)
Yaponiyanın “iSpace”şirkəti 2020-ci ildə Aya araşdırma aparatı göndərəcəyini açıqlayıb.
“iSpace” şirkətindən verilən açıqlamada şirkətin ABŞ kosmik xidmət və raket istehsalçısı “SpaceX”in Falcon 9 raketi ilə 2020-ci ildə aya kosmik aparat, 2021-ci ildə isə ayın səthini araşdırmaq üçün gəzən kosmik aparat göndərəcəyi deyilib.
“iSpace”in təsisçisi Takeşi Hakamada “SpaceX”in insanların kosmosda yaşamalarını fərziyəsini reallaşdırmağa çalışdığını deyib.
Qeyd edək ki, ABŞ-ın kosmos xidməti və raket istehsalçısı “SpaceX” Yaponiyalı milyarder Yusaku Maezavanı Aya göndəriləcyini açıqlamışdı. Ayın orbitindən keçmək üçün nəzərdə tutulan həmin səfərin 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.(modern.az)
AzNews.az