- Köhnə - Dünya
- 3 Aprel 2013 16:22
- 2 670
7 min 741 gündür ki, orucdur
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kocaeli şəhərində yaşayan Osman Ay adlı şəxs düz 7 min 741 gündür ki, orucdur. 46 yaşlı kişinin sözlərinə görə, oruc tutmağa başlamasından 75 gündən sonra o, orucu Allah rizası üçün tutmağa başlayıb. "1-2 il tutum deyə fikirləşəndə 21 ildən çox oldu. O qədər hüzurluyam ki. 46 yaşımda olduğuma heç kim inanmır. Sağlamlığımla bağlı heç bir problemim yoxdur".
Səhər saat 07.00-də işə başlayan kişi gün ərzində nə yemək, nə də suyun yadına düşdüyünü deyir. Oruc tutmazdan öncə 155 kq çəkisi olan Osman Ay bu vərdişi sayəsində sağlamlığını da bərpa edib. Belə ki, heç bir diyetoloq nəzarəti olmadan 4 ayda 70 kq arıqlayıb.
AzNews.az