- Köhnə - Dünya
- 17 Aprel 2013 19:50
- 2 350
“Zəhərli“ məktubun Boston terroru ilə əlaqəsi varmı?
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Ağ Evdə Obamaya ünvanlanmış şübhəli məktub ələ keçirilib. FTB-nin verdiyi məlumata görə, məktubda güclü təsirə malik zəhər aşkar edilib. Lakin bunun dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Məlumatda deyilir ki, məktub Obamaya ötən gün - senator Rocer Uikerə "zəhərli" məktubun göndərildiyi gün gəlib.
Məktubun alınmasından sonra Kapitoli polisi Senatın iki binasının sakinlərini köçürüb.
AzNews.az