“Taliban” hərəkatı Almaniya hökumətinin 2014-cü ildən sonra alman ordusunun Əfqanıstanda qalması barədə qəbul etdiyi qərara görə onu hücumlarının hədəfinə çevirəcəyi ilə hədələyib “Taliban” hərəkatı Almaniya hökumətinin 2014-cü ildən sonra alman ordusunun Əfqanıstanda qalması barədə qəbul etdiyi qərara görə onu hücumlarının hədəfinə çevirəcəyi ilə hədələyib

Taliblər Almaniyanı hədələdi

“Taliban” hərəkatı Almaniya hökumətinin 2014-cü ildən sonra alman ordusunun Əfqanıstanda qalması barədə qəbul etdiyi qərara görə onu hücumlarının hədəfinə çevirəcəyi ilə hədələyib



APA-nın verdiyi xəbərə görə, aprelin 18-də Almaniya bəyan edib ki, 2014-cü ildən sonra Əfqanıstanda 800 hərbi təlimatçı saxlamağı planlaşdırır. Qeyd edək ki, beynəlxalq hərbi koalisiyasının əsas qüvvələrinin ölkədən çıxarılması məhz 2014-cü ilə nəzərdə tutulub. "Əgər Almaniya inadla irrasional siyasətini davam etmək niyyətindədirsə, Əfqanıstan İslam Əmirliyi qətiyyətlə buna qarşı çıxacaq və onu öz xüsusi taktiki əməliyyatlarının hədəfinə çevirəcək. Almaniya məntiqsiz qərar qəbul etdiyinə görə hələ peşman olacaq", deyə hərəkatın bəyanatında deyilir. Taliblər hesab edir ki, Almaniya hökumətinin bu qərarı işğalın davamını, əfqanların qətlini və sıxışdırılmasını nəzərdə tutur.

AzNews.az