- Qərb
- 12:39
- 1 663
Litva İrana qoşun göndərə bilər
Litva ABŞ-dan rəsmi müraciət daxil olacağı təqdirdə silahlı qüvvələrini İrana göndərmək imkanını istisna etmir.
Bu barədə ölkə prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Asta Skaisgirite məlumat verib.
“Hazırda belə bir müraciət daxil olmayıb, lakin daxil olarsa, bunu müttəfiqlərimizlə müzakirə edəcəyik”, — Skaisgirite “LRT”yə müsahibəsində bildirib.
O qeyd edib ki, Litva bu halda ABŞ-a hərbi dəstək göstərə və hərbçilərini İran ərazisinə göndərə bilər.
Mövsüm,
AzNews.az