- Köhnə - Dünya
- 27 Aprel 2013 16:29
- 3 260
Bostondakı partlayışda şübhəli bilinən şəxsin dostu azərbaycandan gedibmiş
Mişa ləqəbli həmin şəxsin Tamerlanın radikalaşmasında rolu olduğu bildirilir.
Əvvəllər də qeyd edildiyi kimi Mişa adlı həmin şəxs Çarneyvlə hələ 2009-cu ildə tanış olub. İslamı qəbul edən erməni Mişa Kembricdə tez-tez Çarnayevgillə gəlib-gedir. Tamerlan Çarnayevin tanışların birinin sözlərinə görə Mişa ilə tanış olduqdan sonra o, islama zidd olduğu üçün musiqi dinləmək və təkbətək döyüşlərdən imtina edir.
Tamerlanın anası Zubeydat Çarnayev isə oğlunun "gözünün açılmasında" Mişanın rolu olduğunu deyib. Mişanın tam adının necə olduğunu bilməyən Çarnayeva onun ABŞ-a Azərbaycandan gəldiyini bildirib: "Mən utanırdım ki, islamı qəbul edən biri bizim evimizdə ibadət edir, müsəlman doğulan biz isə dua etmirdik".
AzNews.az