- Köhnə - Dünya
- 26 May 2013 19:32
- 3 534
Rus dilində danışan 6 nəfər təyyarədən endirildi

Amerikanın San –Diyeqo şəhərinin rusdulli 6 sakini məhz rus dilində danışdıqlarına görə təyyarədən endirilib
Onlar Los-Ancelosa getmək üçün mindikləri "Spirit Airlines"in təyyarəsində bu münasibətlə üzləşiblər.
Baş verənləri heç cür anlaya bilmədiklərini deyən sərnişinlərdən Dmitri Bitman sərnişinlərin öz aralaırnda sakit tərzdə danışdığını, ancaq başqaları səsini ucaltdığı təqdirdə nisbətən ucadan danışdıqlarını deyib.
Ancaq 10 dəqiqə sonra bort bələdçisi rusdilli sərnişinlərə yaxınlaşaraq onlardan təyyarənin salonunu tərk etməyi tələb edib. Bunu "başqa dildə danışdıqlarına görə stüardessaları qorxutmaları" ilə əlaqələndiriblər.
Elnarə Əlosmanqızı
AzNews.az