Dövlət rəsmiləri arasında boşanma deyəsən dəbə minib. Dövlət rəsmiləri arasında boşanma deyəsən dəbə minib.

Çexiyanın baş naziri boşanır

Dövlət rəsmiləri arasında boşanma deyəsən dəbə minib.



Çexiya hökumətinin başçısı Petr Neças boşandığını elan edib.

Onun adından yayılan bildirişdə deyilib: "Biz ailə həyatımızda anlaşmağa çalışdıq. Hələ ki biz yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirik. Bununla belə biz biri-birimizə və uşaqlarmıza hörməti saxlamağa çalışırıq".

Bəyanata əsasən, Neçasın iki həddi-büluğa çatmayan qızı var. Onlar analarının himayəsinə veriləcək. Ataları isə onların təhsilinə yardım edəcək.

Petr və Radki Neçasın daha iki yetkin oğlanları var.

Bu cütlüyün ailə həyatı 25 il sürüb. Cari ilin yanvarında Neças bir neçə aydır xanımı ilə birlikdə yaşamadığını bildirmişdi. (lent.az)

AzNews.az