Ərəb əmiri taxtını oğlu verdi - könüllü

Qətərdə 1995 –ci ildə atasına qarşı çıxaraq hakimiyyətə gələn 61 yaşlı Əmir Şeyx Hamad bin Halifa el Thani vəzifəsini oğluna verib.

Qətər əmiri bu qərarını ilk olaraq ailəsinə bildirib. Əmirin yerinə ikinci arvadı Şehika Mozadan olan oğlu, şahzadə Şeyx Tamim keçəcək.

İki arvadı və 6 uşağı olan 33 yaşlı şahzadə də atası kimi London Kral Hərbi Akademiyasının məzunudur.

Şeyx iyunun 26-da xalqa müraciət edərək taxtını oğluna verdiyini rəsmən açıqlayacaq.


Elnarə
AzNews.az