Misir prezidenti xəbərdarlığa məhəl qoymadı

Misir prezidenti Məhəmməd Mursi ona verilən xəbərdarlığa məhəl qoymayıb.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident ona istefa üçün verilən 48 saatın heç bir əhəmiyyət daşımadığından danışıb. Onun sözlərinə görə, Misirdəki bu etirazlar 2011-ci il inqilabının davamıdır və xalq adından deyilən heç bir sözə aldanmaq olmaz.

"Biz öz yolumuza davam edəcəyik. Xalqla prezidenti düşmən salan heç bir sözün arxasınca getmək olmaz. İndi elə bir mərhələdəyik ki, biz bir olmalıyıq. Provakasiya arxasınca getmək bizi uçuruma apara bilər",- deyə prezident çıxışında bildirib.

Məlumat üçün deyək ki, dünən Misir ordusu prezident Məhəmməd Mursiyə istefaya getməsi üçün 48 saat vaxt qoymuşdu.

Aynur Hüseynova
AzNews.az