- Köhnə - Dünya
- 26 İyul 2013 11:35
- 2 691
İngiltərədə satanist qorxusu
İngiltərənin Dartmoor bölgəsində heyvanların parçalanması əhalini təşvişə salıb. Ölü tapılan heyvanın gözləri oyulub, dili qoparılıb, qarnı yarılıb və qulaqları kəsilib.
"Daily Mail" qəzetinin xəbərinə görə, heyvanı bu vəziyyətə salanların satanistlər olduğu güman edilir. Hadisə baş verən ərazidə yanıq izlərinin olması da belə söyləməyə əsas verir. Yanıq izlərinin satanistlərin öz ayinlərini icra edərkən yandıqdıqları məşəl və şamlardan qaynaqlandığı güman edilir.
Bölgədə bundan əvvəl də heyvanların öldürülməsi halları baş verib. Təkcə 2006-cı ildə 100 qoyun gözləri çıxarılmış, dilləri kəsilmiş halda tapılmışdı.
Elnur
AzNews.az