Prezidenti söyən jurnalist işdən qovuldu

ABŞ prezidenti Barak Obamaya söyən jurnalist işdən qovulub.

Yerli qəzetlərdən birinin redaktoru olan Drev Conson Obama haqqında sərt fikirlər irəli sürüb. B.Obama onun yaşadığı şəhəri ziyarət etməyə getdikdən sonra "Chattanooga Times Free Press" adlı qəzetin redaktoru öz yazısında bu sözləri yazıb:

"Sizin iş planınız bizə lazım deyil. Siyasətiniz bizim şəhərimizə lazım olan qədər zərər verdi. İndi çıxın gedin". Bundan başqa təhqir edici ifadələr və söyüşlər yazan redaktor qəzet çap olunduğu gün işdən qovulub. Daha sonra isə sosial şəbəkədəki hesabında bu fikirlərini paylaşıb: "Həyatımı sərbəstliyi və azad mətbuatı qorumağa həsr etmişəm. Həyatımın sonuna qədər yolumdan dönməyəcəyəm"./musavat.com/

AzNews.az