72 yaşlı kişi casusluqda ittiham olundu

Yunanıstanın Xios adasında 72 yaşlı Almaniya vətəndaşı casusluqda şübhəli bilinərək, həbs olunub.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, o, adadakı hərbi obyektlərin fotosunu çəkərkən tutulub.

Onun yaşadığı evdə axtarış aparılan zaman çeşidli elektron vasitələri, cib telefonu və s. aşkarlanaraq, götürülüb.

Ona qarşı casusluq maddəsi irəli sürülüb. Bu cinayətə görə ən yüksək cəza 20 il azadlıqdan məhrum olmaqdır.

Bu əcnəbi son 4 ili adada yaşayıb.

AzNews.az