“Washington Post“ qəzeti satıldı


ABŞ-ın "The Washington Post" qəzeti satıldı.

AzNews.az-ın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, qəzeti "Amazon"un sahibi və qurucusu Ceff Bezos alıb.

O, qəzet üçün 250 milyon dollar pul ödəyib. Bununla da rəqəmsal dünyaya keçməkdə çətinlik çətən qəzet, daha böyük rəqəmsal nəhəngin əlinə keçib.

Alış-satış elan olunduqdan sonra qəzetin səhmləri 5 faiz bahalaşıb.

Qeyd edək ki, bir neçə gün öncə digər bir nəhəng qəzet "Boston Globe" 70 milyon dollara "Liverpul" klubunun sahibi Con Henriyə, 80 illik jurnal olan "Newsweek" isə elektron media qurulluşu olan IAC-yə satılıb.

Elman
AzNews.az