Prezident: “Mən Putinə deyirəm ki,...“

Bu ilin sentyabrında Sankt-Peterburqda "Böyük 20"liyə daxil olan ölkələrin sammiti keçiriləcək. Anspress-in CNN-ə istinadən verdiyi xəbərə görə, Barak Obama sammitə gələcəyinə bildirsə də, Putinlə görüşüb-görüşməyəcəyi barədə heç nə deməyib. Bundan əvvəl Ağ Ev nümayəndəsi bildirib ki, ABŞ hakimkiyyəti prezidentlərin təkbətək görüşünün məqsədə uyğun olub olmadığı barədə hələ düşünür.
Obamanın sözlərinə görə, rus hakimiyyəti vaxtaşırı olaraq yenidən soyuq müharibə düşüncəsinə yuvarlanır:

"Mən Putinə deyirəm ki, bu bu artıq keçmişdə qalıb,biz gələcək haqqında düşünməliyik. Bizim elə bir səbəbimiz yoxdur ki, biz indi effektiv əməkdaşlıq etməyək"-deyə Obama müsahibəsində bildirib.

Prezident həmçinin qeyd etdi ki, hazırda ABŞ-da vətəndaşların şəxsi danışıq və yazışmalarını qeydə alan sistem yoxdur:

"Bizdə sadəcə olaraq bəzi mexanizmlər var ki, onların köməyi ilə biz sadəcə terror təhlükəsi ilə əlaqəli telefon danışıqları və elektron ünvanları izləyirik".

AzNews.az