Çexiya hökuməti istefaya getdi

Çexiya hökuməti istefaya gedib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar bu gün Nazirlər Kabinetinin iclasında qəbul olunub.

İclasdan sorna jurnalistlərə açıqlama verən baş nazir İrji Rusnok bildirib ki, növbədənkənar parlament seçkilərinədək hökumətin bütün üzvləri öz səlahiyyətlərini yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 7-də parlamentin deputatlar Palatasında Rusnokun başçılıq etdiyi hökumətə etimadsızlıq göstərilib.

Avqustun 16-da Çexiya parlamentində deputatlar Palatasının buraxılması məsələsi müzakirəyə çıxarılacaq. Əgər deputatlar palatanın buraxılmasına səs versələr, ölkə prezidenti müvafiq qərarın icrasına dair sərəncam imzalayacaq.

AzNews.az