Prezidentin məzarı başında gecələyən məmur - Foto


Venesuela prezidenti Nikolas Maduro bütün gecəni mərhum prezident Hüqo Çavesin məzarı başında keçirir. O, bu barədə etirafı teleproqramlardan birində edib. Maduronun sözlərinə görə, o, Çavesin cəsədi olan movzoleyə gəlir və onunla "fikir mübadiləsi aparır".

Prezident hətta bəzən gecələri də orda qaldığını bildirib: "Biz hətta gecələr müxtəlif məsələlər barədə fikir mübadiləsi aparırırq" deyə o, vurğulayıb.

Bundan əvvəl isə Maduro mərhum prezidentin onun gözünə quş cildində göründüyünü bildirmişdi.

Qeyd edək ki, Hüqo Çaves bu iliin martında xərçəng xəstəliyindən vəfat edib. Onun cəsədi İnqilab movzoleyində saxlanılır. Çavesin cəsədi saxlanılan qara mərmərdən olan məzar gül formasındadır.

Elnarə
AzNews.az