Prezident İrji Rusnok hökümətinin istefasını qəbul etdi

Çexiya Prezidenti Miloş Zeman çərşənbə axşamı Çexiya Parlamentinin avqustun yeddisində keçirilən iclasında etimad rəyi qazan bilməyən İrji Rusnok hökumətinin istefasını qəbul edib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi Çexiya televiziyasına istinadən bildirib.

Məlumatda bildirilir: "Çexiya Prezidenti Praqa Qradında dövlət başçısına rəsmi şəkildə istefa barədə ərizə təqdim edən Baş nazir İrji Rusnoku qəbul edib".

Hazırda qüvvədə olan konstitusiyaya görə, ölkə başçısı Parlamentin buraxılmasından sonra növbədənkənar seçkilərin vaxtını elan edəcək.

Çexiya siyasətçiləri hesab edirlər ki, növbədənkənar parlament seçkiləri artıq bu ilin oktyabr ayının sonlarında baş tuta bilər. Belə olan halda yeni Parlament 2014-cü ilin büdcəsini vaxtında qəbul edə bilər.

AzNews.az