- Köhnə - Dünya
- 17 Avqust 2013 18:59
- 2 717
Pakistanda daha bir siyasətçi qadın öldürüldü
ANS PRESS qərb mətubatına istinadən bildirir ki, qətlin motivləri naməlumdur.
Mərhumun mənsub olduğu partiya taliblərə qarşı hərbi əməliyyatları dəstəkləyir. Nəcimə Hənifin əri və oğlu da 2011-ci ilin noyabrında taliblər tərəfindən təşkil edilmiş partlayış nəticəsində dünyasını dəyişmişdi.
Qeyd edək ki, Pakistanın tanınmış dövlət və siyasi xadimi, keçmiş baş nazir Bənazir Bhutto da 27 Dekabr 2007-ci ildə, 54 yaşında ikən Ravalpindi şəhərində seçki mitinqindəki çıxışında sui-qəsdlə öldürülmüşdü.
AzNews.az