Yunanıstanın Thassos adası yanır

Yunanıstanın şimalında yerləşən Thassos Adasında cümə günündən bəri davam edən meşə yanğınında beş hektar meşəlik və kolluq ərazi külə çevirilib.

Bununla əlaqədar Kallirahi və Marionda yaşayış yerləri boşaldılıb.

Thassos Bələdiyyə Başçısı Kostas Haciemmanuil, yanğını söndürmək üçün, 5 yanğın söndürmə təyyarəsi, bir vertalyotla yanaşı xeyli sayda insanın da cəlb olunduğu bildirilir. Lakin hava küləkli olduğu üçün alovun qarşısını almaq olmur.
Adadakı yanğının nəzarət altına alınması üçün Şərq Makedoniya və Trakya bölgəsindəki bütün xilasetmə gücləri həyəcan siqnalı ilə yanğın yerinə gətirilib.

Üç gündür davam edən yanğın nəticəsində adada 1989-cu ildə baş verən böyük yanğından sonara əkilən ağacların hamısı külə dönüb.
Digər tərəfdən, paytaxt Afina yaxınlığında baş verən meşə yangınlarıyla əlaqədar iki nəfər məsuliyyətə cəlb edilib.

Əli Rais Hüseynli
AzNews.az