Lotoreyada 93 milyon avro qazandı

İsveçrə sakini EuroMillions lotoreyasından 93 milyon avro qazanıb.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu, İsveçrədə ən böyük məbləğli uduşdur.

Məlumata görə, İsveçrənin başqa bir sakini 2011-ci ildə eyni lotoreyadan 58 milyon avro qazanmışdı.

Qeyd edək ki, 200 milyon iştirakçısı olan lotoreyanın qiyməti 2 avrodur.

AzNews.az