SOS! Vəba geri döndü

Qırğızıstanda bir nəfərin vəbadan öldüyü bölgənin bir həftəlik karantinə alındığı bildirilir.

AzNews.az-ın xəbərinə görə, Qırğızıstanın səhiyyə naziri Dinara Saginbayeva hadisə ilə bağlı mətbuat konfransı keçirib. Onun açıqlamasına görə, Issık Göl əyalətinə bağlı Ak-Suy mahalında dünən axşam 15 yaşındakı bir gənc vəbadan ölüb.

Nazir deyib ki, xəstəliyin yayılması təhlükəsi mövcud deyil. Bununla belə, bölgədə bir həftə karantin elan edilib və vəbadan ölən şəxslə təmas edən hər kəs yoxlamadan keçiriləcək.

Elman
AzNews.az