Putin ABŞ və Qərbi hədələdi: “Əsədə raket sataram”

Rusiyanın prezidenti Vladimir Putin ABŞ və Qərbi Suriya prezidenti Bəşər Əsədə "S-300" roketləri satacağı ilə hədələyib.

AzNews.az-ın məlumatına görə, Putin Rusiyanın "Kanal 1" televizisiyasına verdiyi müsahibədə bildirib ki, Qərb ölkələri BMT-nin qərarı olmadan Suriyaya hücum edərsə, Rusiya bu ölkəyə "S-300" roketlərinin satışını bərpa edəcək. Putin deyib ki, Rusiya Əsəd hakimiyyətinə adıçəkilən raketlərin satışı bir neçə ay öncə dayandırıb.

Elnur
AzNews.az