Polislə etirazçılar arasında dava düşdü- VİDEO

Çilidə uzun müddətdir ki, təhsil sistemində islahatlar tələb edən minlərlə tələbənin dinc aksiyasında polislə etirazçılar arasında dava düşüb.

Toqquşma, dinc nümayişin bitməsinə az qalmış, bir qrup gəncin ictimai nişanları dağıtması və küçələrdə tonqallar qalamasından sonra baş verib. Su şırnaqları və gözyaşardıcı qaz balonları ilə təchiz olunmuş iğtişaş polisi dərhal müdaxilə edərək, etirazçıları dağıtmağa çalışıb.

Yerli mətbuatın yaydığı məlumata görə, nəticədə 5 polis zabiti yaralanıb, onlarla etirazçı xəsarət alıb, naməlum sayda tələbə həbs olunub. Etirazçılar aksiyada 80 min nəfərin iştirak etdiyini desə də, yerli rəsmilər bu sayı 25 min nəfər azaldıb. Etirazçılar təhsil sistemində islahatların aparılmasını, o cümlədən, özəl universitetlərin dövlət statusunun qaytarılmasını, təhsildə vergi yığımı sisteminin dəyişdirilməsini tələb edib.(anspress)




AzNews.az